Bloq
Əsas səhifə/Kurslar/Apache Kafka nədir və niyə bu qədər önəmlidir?

Apache Kafka nədir və niyə bu qədər önəmlidir?

Oxuma müddəti: 3 dəqiqə|Tarix: 30 Dekabr 2025

Bu gün istifadə etdiyimiz demək olar ki, bütün böyük sistemlər real vaxt rejimində məlumatla işləyir. Mobil tətbiqdə etdiyiniz klik, bank kartı ilə ödəniş, taksi sifarişi, onlayn alış-veriş, hətta bir futbol oyununun canlı statistikası - bütün bunlar saniyələr içində müxtəlif sistemlər arasında ötürülür və emal olunur. Bu cür paylanmış sistemlər arasında əlaqələri qurmaq üçün ən məşhur texnologiyalardan biri də məhz Apache Kafka-dır.

Kafka — məlumatları itirmədən, gecikmədən və yüksək performansla sistemlər arasında ötürmək üçün hazırlanmış açıq mənbəli platformadır. Dünyada minlərlə şirkət Kafka-dan istifadə edir.

Kafka-nı çox etibarlı və çox sürətli poçt sistemi kimi təsəvvür edə bilərsiniz:

  • Məlumat göndərən tərəf (producer) mesajı Kafka-ya ötürür
  • Kafka bu mesajı itirmədən saxlayır
  • Məlumatı oxuyan tərəflər (consumer-lər) onu istədikləri vaxt götürür

Prinsip etibarı ilə sadə səslənsə də böyük sistemlərin fasiləsiz işi üçün bu cür yanaşma çox önəmlidir.

Apache Kafkanın geniş tətbiqini nəzərə alaraq təcrübəli proqramçı Elvin Əliyev tərəfindən hazırlanmış Apache Kafka. Əsasları və Data Prosesslər üçün Kafka Streams adlı kursu platformamızda dərc etdik.

Bu kurs həm Kafka texnologiyasını yeni başlayanlar həm də təcrübəli proqramçılar üçündür.

Bu kursun əsas məqsədi Kafka-nı yalnız terminlər və konfiqurasiya faylları səviyyəsində yox, real layihələrdə necə istifadə olunduğunu başa salmaqdır. Çünki praktikada qarşılaşılan problemlər adətən “topic necə yaradılır?” sualından daha dərin olur. Məsələn: mesajlar niyə təkrar oxunur, hansı hallarda məlumat itə bilər, sistem yük altında olarkən consumer-lər necə davranır və bu riskləri necə idarə etmək olar?

Kurs boyunca Apache Kafka ekosisteminə mərhələli şəkildə yanaşılır. Əvvəlcə Kafka-nın əsas anlayışları — topic, partition, producer, consumer, consumer group kimi komponentlər sadə nümunələrlə izah olunur. Daha sonra Java proqramlaşdırma dili vasitəsilə real kod nümunələri üzərindən məlumatın necə ötürüldüyü və oxunduğu göstərilir. JSON və Avro formatları, serialization və deserialization mövzuları da praktik kontekstdə açıqlanır.

Kursun vacib hissələrindən biri də məlumatın etibarlılığı mövzusudur. At-least-once, at-most-once və exactly-once kimi anlayışlar çox vaxt nəzəri səslənsə də, bu kursda onların real sistemlərdə nə demək olduğu və hansı seçimlərin hansı nəticələrə gətirdiyi aydın şəkildə göstərilir. Bu biliklər xüsusilə maliyyə, ödəniş və analitika sistemləri üçün kritik əhəmiyyət daşıyır.

Əgər siz paylanmış sistemlərdə məlumat axınlarının necə işlədiyini anlamaq, daha etibarlı və yüksək performanslı həllər qurmaq istəyirsinizsə, bu kurs sizin üçün möhkəm bir başlanğıc və ya biliklərinizi dərinləşdirmək üçün doğru addımdır.

Şərhlərinizi paylaşın